AZ

Xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir İlham Əliyev

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

“İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6.3 faizini təşkil edir”, – o vurğulayıb.

Onun sözlərinə görə, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. “Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar”, – o əlavə edib.

Müstəqil iqtisadçılar ölkədə iqtisadi inkişafla bağlı fikirləri bir elə də bölüşmürlər. Onlar vurğulayırlar ki, bu ilin 11 ayında ÜDM cəmi 1.6 faiz artıb və bu, real artım sayılmır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
117
icma.az

1Mənbələr