Türkiyənin Van vilayətinin Çatak rayonunda qar uçqunu baş verib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, uçqun nəticəsində 1 nəfər qar kütləsinin altında qalıb.
Axtarış-xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri görülüb, 22 ev təxliyə edilib.