AZ

Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Kubanın dövlət bayramı — Azadlıq Günü münasibətilə Migel Dias-Kanel Bermudesa təbrik məktubu ünvanlayıb.

Məktubda Əliyev Dias-Kaneli və onun vasitəsilə bütün kubalıları təbrik edib və dostluq münasibətlərinin iki ölkənin milli mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində inkişaf edəcəyinə ümid etdiyini bildirib. 

Prezident həmçinin Yeni 2026-cı il münasibətilə Dias-Kanelə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, dost Kuba xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Seçilən
10
1
anews.az

2Mənbələr