Rus qoşunları Ukraynanın Xerson vilayətinin Xorli şəhərində Qara dəniz sahilində yerləşən kafe və otelə üç dron hücumu nəticəsində 24 nəfər həlak olub.
Ölkə.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Saldo Telegramkanalında məlumat verib .
Saldonun qeyd edib ki, hücum mülki şəxslərin Yeni ili qeyd etdiyi bir yerə dəyib və bir çox insan diri-diri yanıb. “Yanğın yalnız səhər tezdən söndürülüb. "Güclü yanğın səbəbindən daha çox insanı xilas etmək mümkün olmayıb", - qubernator yazıb.
Saldo əlavə edib ki, hazırda həkimlər yaralıların həyatı uğrunda mübarizə aparırlar.
Hücum zamanı 50 nəfərin yaralnadığı bildirilir.
Mürtəza