AZ

Prezident İlham Əliyev Kuba liderini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti MigelDias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətiləSizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycanxalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kubamünasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həmikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq vəəməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizətəbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı,fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq vərifah diləyirəm".

Seçilən
153
38
az.trend.az

10Mənbələr