AZ

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilib

BAKI,TurkicWorld

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilib.

TurkicWorld-ün məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat icbari tibbi sığorta müəyyən edilmişdi.

Dəyişikliklə yuxarıda sözügedən icbari tibbi sığorta haqqı ləğv edilib və eyni vergitutma obyekti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş yol vergisinin dərəcəsinə əlavə olunub.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Seçilən
45
2
turkic.world

10Mənbələr