AZ

Röya yalnız bundan peşmandı

Xalq artisti Röya Ayxan yaşadığı ömürdə yalnız bir məsələdən peşmanlıq duyduğunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı həyatda ən böyük səhvinin ikinci övladı dünyaya gıtirməmək olduğunu deyib. 

O, həmçinin keçmiş həyat yoldaşı haqqında da maraqlı açıqlamalar verib:

“Kaş ki, ailə qurmazdıq. Biz bəlkə də ömrü boyu birlikdə yaşayardıq. Sevgili yaşamaq daha gözəldir. 

Hüseynə bir bacı və ya qardaş dünyaya gətirmədiyim üçün də çox peşimanam. Ən böyük peşimançılığım onu tək qoymaqdır. Lakin çox xoşbəxtəm ki, onun çox gözəl atası var. Hüseyn böyük sevgidən dünyaya gələn övladdır”. 

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla ailəli olub. Onların bu evlilikdən Hüseyn adlı oğlu var.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
104
yenisabah.az

1Mənbələr