AZ

ABŞ KƏŞFİYYATI PUTİNİ TƏKZİB ETDİ “Tramp artıq bu məlumatdan xəbərdardır”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika kəşfiyyat orqanları Ukraynanın Vladimir Putinə və ya onun Valdaydakı iqamətgahına hücum etmədiyi qənaətinə gəlib.

“AzPolitika” xəbər verir ki, bu barədə nüfuzlu “Wall Street Journal” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbəyə istinadla məlumat yayıb. Hələlik ABŞ kəşfiyyatı bununla bağlı rəsmi açıqlama yaymasa da, qəzetin mənbələri Putinin sui-qəsdlə bağlı iddialarının və Donald Trampa etdiyi şikayətin ciddi əsasının olmadığını yazıb.

ABŞ kəşfiyyatı hesab edir ki, həmin gün Ukrayna Rusiyada daha əvvəllər də vurduğu hərbi hədəfi vurmağa cəhd edib. Hədəf Putinin şəhərətrafı iqamətgahı ilə eyni vilayətdə yerləşir, lakin iki obyekt bir-birindən çox uzaqdadır. Məlumatda hədəf alınan hərbi obyekt barədə əlavə məlumat verilmir.

Jurnalistlər ABŞ Prezidenti Donald Trampın bu kəşfiyyat məlumatından artıq xəbərdar olduğuna işarə edirlər.

Qeyd edək ki, bundan az öncə Donald Tramp "New York Post" qəzetində dərc olunan "Putinə qarşı "hücum" iddiası sülhə mane olanın Rusiya olduğunu göstərir" başlıqlı redaksiya məqaləsini paylaşıb. Həmin məqalədə "Putinin iqamətgahına heç bir dron hücumunun baş vermədiyi" qeyd olunur.

Xatırladaq ki, 31 dekabrda Rusiya Müdafiə Nazirliyi Putinin Novqorod bölgəsindəki iqamətgahına Ukrayna dronlarının hücumu barədə məlumat yayıb. Rusiya Aerokosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov iddia edib ki, planlaşdırılan hava hücumu dekabrın 29-u gecə baş verib. Dronlar Ukraynanın Sumı və Çerniqov vilayətlərindən buraxılıb və Bryansk, Smolensk, Tver, Novqorod vilayətlərindən guya Putinin iqamətgahına doğru uçub.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
50
azpolitika.info

10Mənbələr