AZ

İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılıb

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının(xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidənqurulması layihələri çərçivəsində avadanlıqların və materiallarınidxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dənazad edilib.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsinin maliyyə xərclərininazaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyayayönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalıməqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsindəavadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsimüddəti daha 3 il artırılıb.

Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2021-ci ilyanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cıil yanvarın 1-də başa çatacaqdı.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
90
az.trend.az

1Mənbələr