AZ

Mbappe uzun müddətə sıradan çıxdı - SON DURUM

"Real Madrid"in hücumçusu Kilian Mbappe uzun müddətə zədələnib. 

Fanat.Az xəbər verir ki, fransalı ulduzun xəsarət aldığını "kral klubu" rəsmi saytı üzərindən açıqlayıb. 

Bildirilib ki, müayinə nəticəsində Mbappeyə sol dizdə bağın burxulması diaqnozu qoyulub. O, bir müddət həkim müşahidəsi altında qalacaq. 

"Real Madrid" Kilian Mbappenin sağalma müddətini açıqlamayıb. Bununla belə, yerli media fransız hücumçunun təxminən üç həftə ərzində meydana çıxa bilməyəcəyini xəbər verib.
Mbappe İspaniya Super Kuboku da daxil olmaqla, "Real Madrid"in qarşıdakı oyunlarını buraxacaq. 
"Kral klubu" hazırda La Liqanın turnir cədvəlində ikinci yerdədir.

Seçilən
15
1
fanat.az

2Mənbələr