Bakı. Trend:
Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyəmülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfidövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədəndövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcətəşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi(təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısıolan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanda (qurumda) icbari sığorta olunacaqlar.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahaqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, yuxarıda nəzərdə tutulmuş sığorta olunanlaristisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habeləhüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydadasahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yerlihüquqi şəxslərdə icbari sığorta olunacaqlar.
Yuxarıda nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyatakeçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlarəsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotuqaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən ediləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanların icbari sığortasıüzrə sığorta ödənişinin məbləği və verilməsi qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən olunacaq.
Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabınaformalaşacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilənsığorta haqları;
- sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlikgöstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklardadepozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;
- qanunda nəzərdə tutulmuş digər mənbələr.
Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadəolunacaq:
- yuxarıda nəzərdə tutulmuş sığorta olunanlara sığortaödənişlərinin verilməsinə;
- əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsiməqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhidailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlıtədbirlərin maliyyələşdirilməsinə;
- sığorta ehtiyatı fondunun yaradılmasına;
- idarəetmə xərclərinə;
- qanunla müəyyən edilən digər istiqamətlərə.
Əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsiməqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar yuxarıdanəzərdə tutulmuş sığorta olunanlar üzrə ödənilən sığorta haqqının10 faizi miqdarında müəyyən ediləcək.
İdarəetmə xərcləri yuxarıda nəzərdə tutulmuş sığorta olunanlarüzrə ödənilən sığorta haqqının 5 faizədək miqdarında müəyyənediləcək və bu vəsaitin xərclənməsi müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclərsmetasına uyğun olaraq həyata keçiriləcək.
Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundanistifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) təsdiq edəcək.
Sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminəbərabər olduqda sığorta ehtiyatı fondunun artırılmasıdayandırılacaq, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlirisə əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsiməqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalarayönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığorta olunanlar üzrə sığorta ödənişialmaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsindəsığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqlarıüzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığortaödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalararasındakı kəsir sığorta ehtiyatı fondunun hesabınamaliyyələşdiriləcək.
Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı,sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitəyerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərinmaliyyələşdirilməsinə yönəldiləcək.
Yuxarıda nəzərdə tutulmuş sığortalılar tərəfindən bu Qanununtələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasəntətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosialmüdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) hesabınaköçürüləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.