AZ

Qarabağda mərkəzləşdirilmiş qaydada uçota alınan şirkətlər güzəştlərdən yararlanacaq

Bakı. Trend:

şğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən,mərkəzləşdirilmiş qaydada uçota alınan hüquqi və fiziki şəxslər dəişğaldan azad edilmiş ərazinin rezidenti hesab ediləcək vəgüzəştlərdən yararlanacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilənvergitutmanın məqsədləri üçün işğaldan azad edilmiş ərazininrezidenti dedikdə işğaldan azad edilmiş ərazilərdə və yamərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan vəbilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fizikişəxslər başa düşüləcək.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, işğaldanazad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak,torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmişərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmişiqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrətexnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammalvə materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddəninmüddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedicisənəd əsasında tətbiq edilir.

İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərinsəhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü ilyanvarın 1-dən etibarən 10 il müddətində vergidənazaddır.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
89
1
az.trend.az

2Mənbələr