AZ

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabran rayonunda qəbiristanlıqda qadın meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 31-i saat 17 radələrində baş verib.

Şabran şəhər sakini, 73 yaşlı Tavat Mirpaşa qızı Eldarovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti şəhər ərazisində yerləşən qəbiristanlıqda tapılıb.

Onun hansı şəraitdə vəfat etməsi hələlik məlum deyil.

Faktı Şabran rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
98
50
bizim.media

10Mənbələr