AZ

Bu gündən neft-qaz sahəsində mədən və aksiz vergiləri sabit məbləğdə hesablanacaq

Bakı. Trend:

Bu gündən neft-qaz sahəsində mədən və aksiz vergilərinintopdansatış qiyməti faizlə deyil, istehsal həcmindən asılı olaraqsabit məbləğdə hesablanacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, yerin təkindən çıxarılan xam neftə görə mədənvergisinin dərəcəsi xam neftin hər tonuna görə 12manat, təbii qaz və kondensatlara görə isə təbii qazın vəkondensatların hər min kubmetrinə görə 15 manatməbləğində müəyyən edilib. Mədən vergisi burada müəyyən edilmişfaydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış xam neftin hərtonuna, təbii qaz və kondensatların hər min kubmetrinə müvafiqvergi dərəcələrini tətbiq etməklə hesablanacaq.

Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növmetallara) görə mədən vergisinin dərəcəsi onların topdansatışqiymətinin 3 faizi məbləğində müəyyən edilib.Mədən vergisi burada müəyyən edilmiş faydalı qazıntılar üzrə yerintəkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinəmüvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanacaq.

Bildirilib ki, neft-qaz məhsulları istisna olmaqla, digərmalların ölkə daxilində istehsalına münasibətdə aksiz və mədənvergiləri həmin malların dəyərinə əsasən deyil, miqdarına əsasənmüəyyən edilir. Həmin malların qiyməti dövlət tərəfindəntənzimlənir ki, mədən vergisi maya dəyərinin, aksiz vergisi isəsatış qiymətinin formalaşmasında iştirak edir.

Bazarda baş verən qiymət dəyişiklikləri dövlət büdcəsinin vergigəlirlərinin proqnozlaşdırılmasına təsir etmir, istehsalçıtərəfindən idarəetməni və proqnozların verilməsini çətinləşdirir,istehsalçının əməliyyat effektivliyinə nail olması üçün tələbolunan stimulu azaldır. Verginin malların dəyərinə əsasənmüəyyənləşdirilməsi istehsalçı üçün həmin malların idxalı iləmüqayisədə iqtisadi cəhətdən səmərəliliyi əhəmiyyətli dərəcədəazaldır.

Bu baxımdan neft-qaz sahəsində mədən və aksiz vergiləritopdansatış qiymətindən faizlə deyil, istehsal həcmindən asılıolaraq sabit məbləğdə hesablanacaq.

Daha əvvəl yerin təkindən çıxarılan aşağıdakı faydalıqazıntıların növündən asılı olaraq mədən vergisi onlarıntopdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimimüəyyənləşdirilirdi:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin dərəcələri (faizlə)

Xam neft

26

Təbii qaz

20

Filiz faydalı qazıntıları:

- bütün növ metallar

3

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
129
1
az.trend.az

2Mənbələr