AZ

Bu gündən bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-ni geri almaq mümkün olacaq

Bakı. Trend:

Bu gündən bərbərxanalar, gözəllik salonları və kosmetolojimərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV geri al"maqmümkün olacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindənAzərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəlliksalonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərəgörə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənedəcək.

Bildirilib ki, kölgə iqtisadiyyatının miqyasının böyük olduğufəaliyyət sahələrdə dövriyyələrin şəffaflaşdırılması, nağdsızəməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşlarınbirbaşa iştirakını təmin etmək məqsədilə bərbərxanalar, gözəlliksalonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərəgörə "ƏDV gerial" mexanizmi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
71
14
az.trend.az

10Mənbələr