AZ

Amsterdamda baş verən yanğın 150 illik kilsə binasını məhv edib

BAKI, 1 yanvar. TELEQRAF

Amsterdamın mərkəzindəki 150 illik Vondelkerk kilsəsi böyük yanğın nəticəsində məhv olub.

Teleqraf "NH Nieuws" saytına istinadən xəbər verir ki, memarlıq abidəsi təmir olunmaz hala düşüb.

Bildirilib ki, yanğın gecə saat 1:00 radələrində başlayıb və tezliklə bütün kilsəni bürüyüb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Binanın çökmə riski var.

Təcili yardım xidmətləri hadisə yerinə gəlib və kilsənin ətrafındakı bütün küçələri mühasirəyə alıb. Yanğının qonşu evlərə yayılması riski səbəbindən onlarla sakin təxliyə edilib.

Seçilən
39
teleqraf.com

1Mənbələr