AZ

Bu gündən buraxılış tarixi 7 ili ötən avtomobillərin aksiz dərəcəsi ilə bağlı yeni qayda tətbiq ediləcək

Bakı. Trend:

İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyatvasitələrinin Azərbaycana idxalı zamanı hesablanan aksiz məbləğinətətbiq olunan yüksəldici əmsallar artırılıb.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, Azərbaycana idxal olunan minik avtomobillərininistehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinəəsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə0,3 əmsal artırılaraq 1,5, dizel mühərrikli minikavtomobillərinə isə 0,5 əmsal artırılaraq 2,0yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
27
az.trend.az

1Mənbələr