Bakı. Trend:
Bu gündən Azərbaycan Respublikasında istehsal olunan tütünməmulatları üzrə aksiz dərəcələri artırılıb.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, siqarilla (nazik siqarlar), tütündən hazırlanansiqaretlər və onun əvəzediciləri üzrə aksiz 1000 ədədə görə45,5 manatdan 55 manata qaldırılıb.
Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibindətütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1000ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməlitütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən vəya buruna çəkilən tütünlər üzrə aksiz hər kiloqrama görə yerliistehsalda 22 manatdan 162 manata, idxalda isə30 manatdan 170 manata qaldırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.