AZ

"Çelsi" bu gün baş məşqçisiz qala bilər -SON DURUM

Londonun "Çelsi" klubu Enzo Mareskanı baş məşqçi vəzifəsindən bu gün uzaqlaşdıra bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb. 

Nəşrin məlumatına görə, qərarın əsas səbəbi məşqçinin klub rəhbərliyi ilə münasibətlərinin pisləşməsidir. 

Londonlular son doqquz oyundan yalnız ikisində qalib gəliblər. Mareska Premyer Liqanın son turunda "Bornmut"la 2:2 hesablı heç-heçə bitən görüşdən sonra keçirilən mətbuat konfransına qatılmamışdı. Klub məşqçinin özünü pis hiss etdiyini iddia etsə də, mediada yayılan məlumatlar bunun sadəcə bir bəhanə olduğunu göstərir.

"Çelsi" Premyer Liqada 19 oyundan sonra 30 xalla beşinci yerdədir.

Seçilən
56
30
fanat.az

10Mənbələr