ABŞ ordusu narkotik kartel üzvləri tərəfindən istifadə edildiyi iddia edilən gəmilərə hücumlar həyata keçirib.
Publika.az xəbər verir ki, 31 dekabrda "Cənub Nizə" əməliyatının Birgə Operativ Qrupu Pentaqon rəhbəri Pit Heqsetin əmri ilə zərbələr endirib.
Qeyd edilir ki, kəşfiyyat xidməti gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyib.