AZ

Türkiyəli qadın atasının Tramp olduğunu iddia edir

55 yaşlı Necla Özmen atasının 79 yaşlı ABŞ Prezidenti Donald Tramp olduğunu iddia edir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, rəsmi sənədlərə əsasən türkiyəli qadının valideynləri bir neçə il əvvəl vəfat edən Satı və Dursun Özmenlərdir.

Lakin iddia edilir ki, Satının uşağı ölüb və eyni xəstəxanada doğuş edən Sofiya adlı amerikalı qadın yeni doğulmuş körpəsini Özmen ailəsinə verib.

Neclanın sözlərinə görə, "anası" Trampı televiziyada gördükdən sonra ona əslində atasının ABŞ Prezidenti olduğunu deyib.

Seçilən
110
publika.az

1Mənbələr