AZ

Dünyanın ən kök kişisi Meksikada vəfat edib.

...SİA xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzetinin məlumatına görə, dünyanın ən kök kişisi Xuan Pedro Franko Meksikada 41 yaşında vəfat edib.

2017-ci ildə o, rəsmi olaraq dünyanın ən kök kişisi kimi tanınıb və Ginnesin Rekordlar Kitabına düşüb.

O dövrdə Frankonun çəkisi 595 kiloqram olub.

Həyatındakı ən yüksək çəkisi 600 kiloqram olub.

Xuan Pedro Franko 24 dekabrda Aquascalientes Xəstəxanasında vəfat edib.

Meksikanın "El Universal" qəzetinin məlumatına görə, ölümün səbəbi sistemli ağırlaşmalara səbəb olan ağır böyrək infeksiyası olub.

Həkimi ona ciddi Aralıq dənizi pəhrizi təyin edib və daha sonra iki arıqlama əməliyyatı keçirib.

Franko ilkin bədən çəkisinin təxminən 49 faizini itirməyi bacarıb. Lakin böyrəklərində iltihabi proses sürətlə irəliləyib və müalicəyə baxmayaraq nəzarət altına alınmayıb.

Bu, onun ölümünə səbəb olub.

Əli Babayev

Seçilən
57
sia.az

1Mənbələr