AZ

The Financial Times dan 2026 cı il üçün PROQNOZLAR

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"The Financial Times" qəzeti 2026-cı il üçün siyasət, iqtisadiyyat və texnologiya mövzularını əhatə edən illik proqnozunu dərc edib.

Oxu.Az xəbər verir ki, nəşrin fikrincə, dünya 2026-cı ildə daha da az proqnozlaşdırıla bilən hala gələcək. Lakin texnologiyadan maliyyəyə qədər bir sıra sahələr üzrə əvvəlki proqnozların yenidən nəzərdən keçirilməsi gözlənilir.

Siyasət və Geosiyasət:

- Donald Tramp bazar təzyiqi, inflyasiya və ticarət tərəfdaşlarının müqaviməti səbəbindən ilin sonuna qədər sərt tarif təhdidlərindən geri çəkiləcək.

- Ukraynanın Donbasdan imtina etməsi yalnız hərbi məğlubiyyət halında mümkündür.

- Demokratlar, ABŞ Nümayəndələr Palatasına nəzarətini bərpa edəcəklər və bu da onlara Trampın gündəliyini bloklamağa, eləcə də araşdırmalara başlamağa imkan verəcək.

- Səudiyyə Ərəbistanı, İsrail ilə münasibətləri normallaşdırmayacaq.

İqtisadiyyat və Maliyyə:

- Əksər mərkəzi banklar faiz dərəcələrini azaltmağa davam edəcəklər; Yaponiya istisna olaraq qalacaq.

- Rekord ticarət profisitinə baxmayaraq Çin yuanı əhəmiyyətli dərəcədə möhkəmlənməyəcək.

- Özəl kredit sektorunda defoltların artacağı gözlənilir, lakin sistemli maliyyə böhranı olmayacaq.

- Qızılın qiyməti unsiya üçün 5 000 dolları keçə bilər.

- Afrikanın artım tempi ilk dəfə Asiyanı bir qədər üstələyə bilər.

Texnologiya:

- Süni intellektin həddindən artıq inkişaf tempi azalmağa başlayacaq. Böyük texnologiya şirkətləri dayanıqlı qalacaq, kiçik oyunçular isə itkilərlə üzləşəcəklər.

- Kommersiya baxımından sərfəli kvant kompüteri 2026-cı ildə peyda olmayacaq.

- Humanoid robotlar bazara daxil olacaq, lakin bahalı məhsul olaraq qalacaqlar.

- Süni intellekt tərəfindən yaradılan mahnılar əsas qlobal siyahılarda birinci yeri tuta bilməyəcəklər.

Biznes və Bazarlar:

- "Tesla" şirkəti uğursuz olacaq və ABŞ-də, Avropada, Çində itirilmiş mövqeləri bərpa edə bilməyəcək.

- İlon Mask ənənəvi avtomobil istehsalına deyil, süni intellekt və robotaksiyə diqqət yetirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
119
2
oxu.az

3Mənbələr