Polşada davam edən güclü qar yağışı səbəbindən dekabrın 31-də böhranın idarə olunması üzrə iclas çağırılıb.
Publika.az xəbər verir ki, iclası Polşanın Baş naziri Donald Tusk çağırıb.
O, sosial media hesabında bununla bağlı paylaşım edərək bildirib ki, agentliklərdən və nazirlərdən yollar, dəmir yolları, hava limanları və şiddətli hava şəraiti səbəbindən risk altında olan ərazilərdə vəziyyətlə bağlı mütəmadi yeniliklər alır.