AZ

Qubanın ucqar kəndinə səyahət: Xaltanda Yeni il ovqatı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Baku TV-nin efirində "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Quba rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Xaltan kəndinə səfər edilib.

Şəhər mərkəzindən təxminən 70 kilometr aralıda yerləşən kənddə 2009-cu ilin siyahıyaalınmasına əsasən 624 nəfər yaşayır.

Qubanın ucqar kəndinə səyahət: Xaltanda Yeni il ovqatı

Veriliş zamanı Xaltan sakinlərinin gündəlik problemləri də diqqətə çatdırılıb.

Kənd sakini Novruz Yaqubov bildirib ki, infrastrukturun yaxşılaşdırılması əhalinin köçünün qarşısını ala bilər: "Kəndimizə asfalt yol çəkilsə, qaz xətti olsa, insanlar buradan köçməz, əksinə, kənd daha da inkişaf edər".

Buraxılış çərçivəsində aparıcı Yeni il münasibətilə kənd uşaqlarını hədiyyələrlə sevindirərək onların bayram ovqatına töhfə verib.

Verilişin davamında Qubanın Zərdabi qəsəbəsində yerləşən internat məktəbinə də baş çəkilib. Burada valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, aztəminatlı ailələrin övladları da yaşayır və təhsil alırlar. İnternat məktəbində uşaqlar üçün sürpriz hazırlanıb, onlara hədiyyələr təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
oxu.az

1Mənbələr