AZ

2026 — Qürur, Birlik və Zəfər İli

2026

2026-cı ili böyük sevinc və qürur hissi ilə qarşılayırıq. Paytaxt Bakımızda sanki rəssamın fırçası ilə çəkilmiş bir mənzərə yaranmışdı — işıqlar, atəşfəşanlıq, bayram coşqusu… Başımız dik, alnımız açıq şəkildə yeni ilə qədəm qoyuruq.Bu xoşbəxt günləri bizə yaşadan, torpaqlarımızın bütövlüyü uğrunda şəhadətə yüksələn qəhrəman şəhidlərimizin qarşısında dərin ehtiramla baş əyirik. Qazilərimizə Allahdan sağlam can, uzun ömür arzulayırıq. Cənab Prezidentimizin dəmir iradəsi və qətiyyəti hər zaman xalqımıza güc və inam verib.Yeni ilimizin firavanlıq, birlik, sülh və bərəkət gətirməsini diləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi bu gün daha da möhkəmlənir. Qoy 2026-cı il ölkəmizə inkişaf, xalqımıza rifah, dünyamıza isə sülh və əmin-amanlıq gətirsin.Yeni iliniz mübarək, əziz Azərbaycan! 2026Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr

Keçmiş prezidentin nəvəsi vəfat edib

Mehriban Əliyevadan 31 Dekabr paylaşımı – Həmrəylik və Yeni il təbriki

Seçilən
86
ulusum.az

1Mənbələr