AZ

Orban: 2025 ci il dönüş nöqtəsi idi, 2026 isə həlledici olacaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"2025-ci il dönüş nöqtəsi idi, 2026-cı il isə müharibə və sülh baxımından Avropa üçün həlledici olacaq".

Oxu.Az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyasına verdiyi müsahibədə bildirib.

"2025-ci il dönüş nöqtəsi olub, çünki beynəlxalq siyasətdəki karyeram ərzində ilk dəfə olaraq amerikalılar və avropalılar strateji əhəmiyyətli bir məsələdə əks mövqe tutublar. 2026-cı il isə hərbi qərarın verildiyi il olacaq", - baş nazir bəyan edib.

O, qeyd edib ki, ABŞ və Rusiya Aİ-nin iştirakı olmadan razılığa gələ bilərlər. Orban Macarıstanın Qərb və Rusiya arasında normal münasibətlərin bərpasında maraqlı olduğunu vurğulayıb.

Baş nazir, həmçinin ölkəsinin nə Avropa İttifaqı, nə də NATO-dan çıxmaq niyyətində olmadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
151
1
oxu.az

1Mənbələr