Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna nümayəndələri Kiyev üçün təhlükəsizlik zəmanətlərinin gücləndirilməsini müzakirə etmək üçün telefon məsləhətləşmələri keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff X səhifəsində yazıb.
“Sülh prosesində növbəti addımları müzakirə etmək üçün məhsuldar telefon danışığımız oldu.
Dövlət katibi Marko Rubio və sahibkar Cared Kuşnerlə birlikdə biz Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Satter, habelə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovla sülh prosesində növbəti addımların irəliləməsi üçün səmərəli söhbətlər apardıq", - deyə o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.