AZ

Uqanda millisinin qapısında inanılmaz hadisə ƏTRAFLI

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uqanda milli komandasının son qarşılaşması futbol tarixinə keçəcək qəribə bir hadisə ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, Nigeriya ilə oyuna əsas heyətdə başlayan qapıçı Denis Onyanqo zədələndiyi üçün fasilədə yerini Jamal Salimə buraxıb. Lakin hadisələr bununla bitməyib; oyunun 57-ci dəqiqəsində Salim cərimə meydançasından kənarda topa əllə müdaxilə etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Məcburiyyət qarşısında qalan komanda heyətdəki sonuncu, yəni üçüncü qapıçı Alionzi Nafianı oyuna daxil edib.

Beləliklə, Uqanda millisi bir matçda heyətdəki hər üç qapıçıdan istifadə edərək nadir bir göstəriciyə imza atıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
fanat.az

1Mənbələr