AZ

Roberto Karlos ürəyindən əməliyyat olundu

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos ürəyindən əməliyyat olunub.

"Unikal" AS nəşrinə istinadən xəbər verir ki, istirahət zamanı məşhur futbolçunun ayağında tromb aşkarlanıb. Aparılan müayinələrdən sonra həkimlər onun ürəyində cərrahi müdaxilənin vacib olduğu qənaətinə gəliblər.

Hazırda Roberto Karlosun səhhəti stabildir, həyatı üçün təhlükə yoxdur. O, bir neçə gün həkim nəzarəti altında saxlanılacaq.

Qeyd edək ki, Roberto Karlos Braziliya millisinin heyətində 2002-ci il dünya çempionatının qalibi olub. O, “Real Madrid” klubunda çıxış etdiyi dövrdə dörd dəfə İspaniya çempionu, üç dəfə isə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
137
unikal.az

1Mənbələr