İngiltərə nəhəngləri arasında gənc istedad uğrunda gərgin mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, "Mançester Siti" klubu "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq məsələsində olduqca inamlıdır.
Klub rəhbərliyi hesab edir ki, hər mövsüm Çempionlar Liqasında çıxış etmək və müntəzəm olaraq kuboklar qazanmaq şansı onların təklifini "Mançester Yunayted"lə müqayisədə daha cəlbedici edir.
22 yaşlı ingiltərəli futbolçunun karyerasını Pep Qvardiolanın rəhbərliyi altında davam etdirəcəyi gözlənilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və "Siti" bu transfer yarışında əsas favorit hesab olunur.