AZ

Rus turistlərin Ermənistanı seçməsinin əsas səbəblərindən biri

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistan rusiyalı turistlər üçün ən populyar istiqamətlərdən biri olaraq qalır. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqı (RST) məlumat yayıb.

Qurumun açıqlamasına görə, ölkəyə maraq 2026-cı il üçün proqnozlarda da sabitdir. Artıq yanvar bayramları, eləcə də gələn ilin mart və may ayları üçün ilkin bronlaşdırmalar qeydə alınıb.

Məlumatda vurğulanır ki, rusiyalı turistlərin Ermənistanı seçməsinin əsas səbəblərindən biri dil baryerinin olmamasıdır. Bundan əlavə, uçuş müddətinin qısa olması, Moskva və Rusiya regionlarından çoxsaylı birbaşa reyslərin mövcudluğu da marağı artıran amillər sırasındadır.

Qeyd olunur ki, rusiyalılar üçün Ermənistana turistik marağın ən yüksək olduğu dövr əsasən yaz, yay və payızın əvvəlinə təsadüf edir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
118
1
cebheinfo.az

2Mənbələr