AZ

BƏƏ Yəmənlə bağlı qərar verdi: Ordu hərəkətə keçdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri Yəmənin Hədrəməvt vilayətində yerləşən beynəlxalq hava limanından qoşunlarını geri çəkməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Yəmənin beynəlxalq səviyyədə tanınan hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bir gün əvvəl BƏƏ rəhbərliyi sözügedən hava limanından hərbi kontingentin çıxarılacağını bəyan etmişdi. Bu qərarın verilməsində Səudiyyə Ərəbistanı israrlıq göstərib.

Krallıq daha öncə BƏƏ-ni Yəmənin cənubunda fəaliyyət göstərən separatçı qrupları dəstəkləməkdə ittiham etmişdi.

Yəmən KİV-lərinin məlumatına görə, artıq hava limanından BƏƏ-yə məxsus dörd hərbi-nəqliyyat təyyarəsi qalxıb və onların göyərtəsində yüzlərlə hərbçi olub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
globalinfo.az

1Mənbələr