AZ

“Walt Disney” 10 milyon dollar cərimə ödəyəcək

Bakı. Trend:

“Walt Disney” şirkəti “Uşaqların Məxfiliyinin QorunmasıQanunu”nu pozduğu iddialarını həll etmək üçün 10 milyon dollarcərimə ödəməyə razılaşıb.

Trend “New YorkPost” qəzetinə istinadən xəbər verir ki, "Disney Worldwide ServicesInc." və "Disney Entertainment Operations" MMC şirkətlərininiştirakı ilə aparılan iş üzrə federal məhkəmənin qərarı "Disney"şirkətinin "YouTube" platformasında Uşaqların Onlayn MəxfiliyininQorunması Qanununu pozan formada fəaliyyət göstərməsini qadağanedir.

Sərəncama əsasən, "Disney" gələcəkdə "YouTube"un məxfiliktələblərinə düzgün şəkildə riayət olunmasını təmin etmək üçünxüsusi uyğunluq proqramı hazırlamalıdır.

Qeyd edək ki, sözügedən qanun 13 yaşdan kiçik uşaqlara yönəlmişveb-saytlar, tətbiqlər və digər onlayn xidmətlərin valideynləritopladıqları şəxsi məlumatlar barədə məlumatlandırmasını, həmçininbu məlumatların toplanması üçün təsdiqlənə bilən valideynrazılığının alınmasını tələb edir.

Seçilən
99
1
az.trend.az

2Mənbələr