AZ

“Fənərbağça”da növbədənkənar seçkilər olacaq

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran barəsində aparılan narkotik istintaqı fonunda klubda növbədənkənar seçki qərarı verilib.

İdmanxeber.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun istintaqı çərçivəsində iki dəfə ifadə verən Saran məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Klubda seçkili iclasın may ayında keçirilməsi planlaşdırılır. Sadettin Saranın yenidən namizəd olub-olmayacağı isə hələlik bəlli deyil.

Xatırladaq ki, istintaq çərçivəsində aparılan testlərdə Saranın nümunələrində kokain nəticəsinin pozitiv çıxdığı iddia olunur.

Seçilən
74
idmanxeber.az

1Mənbələr