İsrail Baş naziri Binyamin Netenyahu ABŞ Prezidenti Donald Trampla İrana 2026-cı ildə zərbə endirilməsinin mümkünlüyünə dair müzakirə aparıb.
APA xəbər verir ki, bu barədə “Axios”portalı məlumat yayıb.
Qeyd edilib ki, görüşün təfərrüatları ilə tanış olan bir amerikalı rəsmi və ABŞ-dən olan daha iki mənbənin bildirdiyinə görə, Benyamin Netanyahu 29 dekabrda Florida ştatında Donald Tramp ilə görüşü zamanı İrana qarşı mümkün təkrar hücum variantını gündəmə gətirib.