AZ

Xankəndi 3 cü Yeni ilini doğmaları ilə qarşılayır FOTOLAR

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xankəndi artıq üçüncü ildir ki, Yeni ili öz doğmaları ilə qarşılayır. Bu şəhərdə bayramın gəlişi təkcə təqvim dəyişikliyi deyil, tarixə yazılan bir dönüşdür. Uzun illər həsrətində qaldığımız Xankəndidə bu gün bayram abu-havası tamam fərqlidir. Küçələrdə sülhün, sabitliyin və qayıdışın nəfəsi duyulur. İşıqlarla bəzədilmiş meydanlar şəhərin yeni həyatının rəmzinə çevrilib. İnsanların üzündə sevinc, qürur və arxayınlıq hiss olunur. Burada səslənən hər bir bayram təbriki illərin həsrətinə cavab kimidir.Xankəndidə şəhərin gecələri işıqlı, səhərləri ümidlidir. Dövlət bayrağının dalğalandığı hər küçə bu torpaqların əsl sahibini xatırladır. Bayram tədbirləri uşaqların gülüşü ilə daha da mənalı olur. Hər addımda bərpanın, quruculuğun izləri görünür. Xankəndi bu Yeni ili də sülh və əmin-amanlıq şəraitində qarşılayır. Üç ildir davam edən bu bayram artıq qayıdışın və suverenliyin dəyişməz ünvanına çevrilib.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
demokrat.az

1Mənbələr