Bakı. Trend:
ABŞ-də “super qrip” kimi də tanınan A qripi, xüsusilə H3N2ştammının yeni variantı sürətlə yayılmaqdadır.
Trend-inməlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC)açıqlamasına əsasən, 20 dekabr tarixinə olan vəziyyətə görə, qriphalları 32 ştatda “yüksək” və ya “çox yüksək” səviyyədə qeydəalınıb. Bu göstərici bir həftə əvvəl 17 ştat idi. Oktyabr ayındanbu yana ən azı 7,5 milyon insan qripə yoluxub.
Son bir həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı ikidəfə artaraq 19 053 nəfərə çatıb. Bir həftə əvvəl bu rəqəm 9 944idi. Qrip nəticəsində təxminən 3 100 nəfər həyatını itirib, uşaqölümlərinin sayı isə beşə yüksəlib.
Həkimlər bildirirlər ki, qripə yoluxma hallarının ən azı növbətibir neçə həftə ərzində artacağı gözlənilir, azalmanın isə gələnilin yanvar ayının sonu və ya fevral ayına qədər baş verməyəcəyiehtimal olunur.
Qrip hallarının yüksək olduğu yeni ştatlar arasında Kaliforniya,Nevada, Missuri, Arkanzas, Alabama və Florida yer alır. Artıq “çoxyüksək” kateqoriyasına daxil olan ştatlar sırasında isə Nyu-York,Nyu-Cersi, Cənubi Karolina, Luiziana və Kolorado var.
Məlumata görə, hazırda dominant olan ştamm A qripi virusudur.Xüsusilə mutasiyaya uğramış və sürətlə yayılan H3N2 ştammı dahaağır xəstəlik törədir ki, bu da xəstəxanaya yerləşdirilmələrinkəskin artmasına səbəb ola bilər.