ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Real Madrid"in hücumçusu Kilian Mbappe 2025-ci ildə bütün yarışlarda 59 oyunda 59 qol vurub.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, Avropanın ən nüfuzlu beş çempionatında bütün oyunçular arasında ən yaxşı nəticədir.
Fransalı forvard 2024-cü ilin yayından "Real Madrid"də oynayır. O, "Kral klubu"nun heyətində 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Xatırladaq ki, Mbappe "Real"ın heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştianu Ronaldunun rekordunu da təkrarlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.