AZ

Putin aradan götürülsə, hər şey fərqli olacaq - Lukaşenko

BAKI, 31 dekabr. TELEQRAF

“Kəşfiyyat mənə Rusiya Prezidenti Vladimir Putinə qarşı terror aktının hazırlanması ehtimalı barədə məlumat verib”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu, kənd söhbəti deyildi. Kəşfiyyatçılarımız son vaxtlar yaxşı işləyirlər, bizi məlumatlandırdılar. Qərbdən gələn söz-söhbətdə Rusiya Prezidentinə qarşı terror aktının hazırlandığı barədə məlumatlar vardı”, - o bildirib.

Lukaşenko vurğulayıb ki, Ukraynada müharibə davam etdiyi müddətdə ehtiyatlı olmaq lazımdır:

“Ona tez-tez deyirəm: müharibə gedir, ora-bura uçmağa ehtiyac yoxdur. Kiməsə lazımdırsa, qoy özləri sənin yanına gəlsinlər.

Düşünürəm ki, o zaman onu xəbərdar edib BRİKS sammiti üçün Cənubi Afrikaya səfərdən çəkindirməklə nə qədər haqlı olmuşam. Qərbdə hamı başa düşür ki, Putini aradan götürsələr, hər şey tamam başqa cür olacaq. Buna ciddi yanaşmaq lazımdır. Bunu bu gün ilk dəfə açıqlayıram, ehtiyatsız davranmaq olmaz. Onlar aldatmışdılar, bunu o da daim etiraf edir”.

Seçilən
114
50
teleqraf.com

10Mənbələr