"Yuventus" qapıçısı Mattia Perini "Cenoa"ya buraxmaqdan imtina edib.
QOL.az xəbər verir ki, "qoca sinyora" rəsmi transfer təklifini geri çevirib və qarşı tərəfə qapıçı ilə yollarını ayırmaq niyyətində olmadığını bildirib.
Məlumata görə, Perin özü "Cenoa" ilə şəxsi müqavilə şərtlərində razılığa gəlsə də, Turin klubunun qəti mövqeyi keçidin reallaşmasına mane olub.
Qeyd edək ki, Mattia Perin cari mövsüm A Seriyasında cəmi 2 oyunda şans qazanıb və qapısında 2 qol görüb.