ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Finlandiyanın sahil mühafizəsi xidmətləri, Finlandiya körfəzində sualtı telekommunikasiya kabelini zədələməkdə şübhələnərək bir gəmini saxlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə müvafiq qurumun məlumatında bildirilir.
"Finlandiya sahil mühafizəsi idarəsinin idarəetmə mərkəzinə "Elisa" adlı Finlandiya telekommunikasiya şirkətinə məxsus telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı məlumat daxil olub. "VL Turva" gəmisinin hadisə yerinə gəlib və gəminin ankraj zəncirinin suda olduğunu aşkarlayıb. Finlandiya hakimiyyəti, birgə əməliyyat çərçivəsində gəmini nəzarət altına alıb", - deyə qurumun bəyanatında qeyd olunur.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.