Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Sabah”a bu yay təyinat alan Valdas Dambrauskasın işləri qaydasındadı. Litvalı mütəxəssis 5 ildən sonra ilk dəfə “Qarabağ”ın qış fasiləsinə lider yollanmasına imkan vermədi. Təbii ki, hədəfi çempionluqdu. Son kubokun qalibi “bayquşlar” bu turnirdə də iddialıdı.Dambrauskasın 48 yaşı var, 49 yaşını yanvarın 7-də tamamlayacaq. Litvalı mütəxəssis artıq 13 ildi baş məşqçi kimi fəaliyyət göstərir. Qalib özəllikləri də var. Belə ki, bu 13 ildə 11 titul qazanıb. Hədəf də bu mövsüm ən azı 12-ci tituldu.Litva “Jalgiris”ilə ikiqat çempionat, ölkə kubokunun (üç dəfə) və superkubokun (üç dəfə) qalibidi. 2019-cu ildə RFS-lə Litva kubokunun qalibi olub. Digər iki titulunu isə Bolqarıstanda və Xorvatiyada qazanıb. Belə ki, 2020/21 mövsümündə “Ludoqorets”lə ölkə çempionu olan Dambrauskas növbəti mövsüm “Hayduk”la Xorvatiya kubokuna yiyələnib. Bir sözlə, Azərbaycana gələnə qədər artıq 11 titulu var idi. Belə çıxır ki, 12-ci...MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.