AZ

Lukaşenko Putinin fikrini belə dəyişib: Ona dedim ki...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini BRIKS sammiti üçün Cənubi Afrikaya səfər etməməsi barədə xəbərdar etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Gorizont” şirkətinə səfəri zamanı danışıb.

“Mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, həqiqətən ora uçmağı planlaşdırırsınız? Bu, dostcasına, qardaşcasına söhbət idi. Putinə “Oradakı hər kəsin ağlı başında olduğunu düşünürsünüz? Getməyin mənası yoxdur!”, – dedim. Nəhayət Rusiya xarici işlər naziri Sergey Lavrov həmin zaman ora uçdu”, – Lukaşenko qeyd edib.

O əlavə edib ki, Putin təhlükəsizlik səbəbləri ilə Cənubi Afrikaya getməyib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
globalinfo.az

1Mənbələr