Premyer Liqada 18 tur oynanılıb və cari mövsüm yarılanmasına az qalıb.
“Arsenal” hazırda 42 xalla liderdir. “Siti” “topçular”dan cəmi iki xal geri qalır, üçüncü yerdəki “Aston Villa” isə 39 xalı var.
Publika.az xəbər verir ki, Premyer Liqanın rəsmi məlumatına görə, yalnız səfər oyunlarında qazanılan xallar nəzərə alınsaydı, “Tottenhem” lider olardı.
“Arsenal” kimi, “Tottenhem” də səfərdə 17 xal toplayıb, lakin daha çox qol vurub.
Bununla belə, “topçular” liqanın evdə ən çox qol vuran komandasıdır.