AZ

Zelenski Ukrayna torpaqlarını verməyə hazır imiş 9 ay öncəki görüşün gizlinləri

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna 2025-ci il 11 martda ABŞ ilə danışıqlar zamanı ərazi güzəştlərinə razılıq verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

“Ukrayna rəsmiləri Ər-Riyadda amerikalı həmkarları ilə danışıqlar zamanı ilk dəfə olaraq sülh razılaşmasına nail olmaq üçün ölkə ərazisinin təxminən 20%-dən imtina etmək barədə razılığa gəliblər. Prezident Volodimir Zelenski buna hazır olduğunu deyib.

ABŞ-ın BMT-dəki səfiri Maykl Valts Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova marker verib və ondan gələcək sərhədi xəritədə qeyd etməsini istəyib. Umerov təmas xətti boyunca xətt çəkib, Zaporojye Atom Elektrik Stansiyasını əhatəyə alıb və Kinburn Burnunu xətt ilə kəsib. Bu qərardan sonra Kiyev özünün tələyə düşdüyünü dərk edib”, – deyə bildirilib.

Məlumata görə, həmin görüşdə Krımın statusu da müzakirə olunub:

“ABŞ dövlət katibi Marko Rubio o zaman bildirib ki, ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır, lakin Ukrayna və ya Avropa İttifaqından (Aİ) eyni şeyi etməyi istəməyəcək”.

Qeyd edək ki, Ər-Riyad görüşü martın 11-də Səudiyyə Ərəbistanında baş tutub. ABŞ və Ukrayna rəsmilərinin iştirakı ilə keçirilən danışıqlarda Ukrayna böhranı və bölgənin təhləsizliyi kimi məsələlələr müzakirə olunub.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
globalinfo.az

1Mənbələr