AZ

Kanadada terrorçu kimi həbs edilən azərbaycanlıdan SON XƏBƏR

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Kanadada “İslam Dövləti”  İŞİD terror qruplaşmasının üzvlərini qarşı əməliyyat keçilirib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, həbs olunan 3 nəfərdən biri azərbaycanlıdır.

Kanadada yaşayan soydaşlarımızdan əldə etdiyi məlumata görə, Osman Əzizovun üzv olduğu qruplaşma Kanadada yəhudi diaspor qurumlarına qarşı terror törətmək istəyirmiş.

Hökumət sənədlərinə görə, Osman Əzizov adlı şəxs Azərbaycan vətəndaşıdır və valideynləri ilə birlikdə 2017-ci ildə Kvebek əyalətində, Lacolle yaxınlığında rəsmi sərhəd-keçid məntəqəsi olmadan Kanadaya keçib.

Kanadanın İmmiqrasiya və Qaçqınlar Şurası (Immigration and Refugee Board) 2018-ci ildə Əzizov ailəsinin qaçqın statusu üçün müraciətini rədd edib və qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb, Federal Məhkəmə isə 2019-cu ildə işi yenidən baxılması üçün qəbul etməyib.

Rədd qərarlarına baxmayaraq Osman Əzizovun Kanadada necə qaldığı ilə bağlı açıq mənbələrdə məlumat yoxdur. Nə polis, nə də onun vəkili məsələ ilə bağlı açıqlama verib.

Lakin Global News-a danışan bir dostunun sözlərinə görə, ailə qaçqın müraciəti rədd edildikdən sonra “insani və humanitar əsaslarla” Kanadada qalmaq üçün müraciət edib.

Bildirilir ki, bu müraciət ötən il qəbul olunub və nəticədə Osman Əzizov və ailə üzvləri hazırda daimi sakin (permanent resident) statusu əldə ediblər.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
icma.az

1Mənbələr