AZ

FT: “Aİ Kiyevin xahişini rədd edib”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin məlumatına görə, Ukrayna Avropa Komissiyasından (AK) onu CBAM (Carbon Border Adjustment Mechanism – Karbon emissiyaları sərhədlərinin tənzimlənməsi mexanizmi) azad olunmasını və ya öhdəliklərinin ixtisarını xahiş edib. Lakin müraciətinə imtina cavabı alıb.

“Ukrayna həmçinin komissiyadan enerji infrastrukturuna dəymiş ziyana görə güzəşt tələb istəyib. Lakin Brüssel israr edir ki, onun müharibədən zərər çəkmiş iqtisadiyyatına təsir Kiyevin düşündüyündən az olacaq”,- materialda deyilir.

Daha əvvəl Ukrayna Metallurqlar Federasiyasının sənaye şurasının rəhbəri Yelena Kolesnikova bildirmişdi ki, CBAM-ın tətbiqi təxirə salınmasaölkə ixracının 8%-ni və ÜDM-in 5%-ni itirə bilər. Bu vergi 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, CBAM iqlim dəyişikliyi ilə mübarizə və karbon sızması adlandırılan istixana qazı emissiyalarını azaltmaq üçün Aİ tərəfindən hazırlanmış mexanizmdir.

Bu ad altında ekoloji qaydaların daha az sərt olduğu ölkələrdə Avropa İttifaqından (Aİ) kənarda malların istehsalı zamanı yaranan emissiyalar nəzərdə tutulur.

Mexanizmin mahiyyəti ondan ibarətdir ki, emissiya səviyyəsi daha yüksək olan ölkələr və xarici istehsalçılar Aİ-yə məhsul idxal edərkən əlavə rüsum ödəməlidirlər.

CBAM çərçivəsində məcburi tənzimləmə altı məhsul kateqoriyasına aiddir:sement, dəmir və polad, alüminium, gübrələr, elektrik enerjisi və hidrogen.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
81
1
azvision.az

2Mənbələr