AZ

Alimlərdən həyəcanlı xəbərdarlıq: Bu zəlzələlər hər şeyi partlada bilər

Alimlər yanvar ayında baş verən zəlzələlərin Avropanın ən böyük buzlağının altındakı nəhəng vulkanın yenidən aktivləşib püskürdə biləcəyini bildiriblər.

Publika.az xəbər verir ki, “CNN International”ın məlumatına görə, mütəxəssislər ilin əvvəlindən bəri çoxsaylı zəlzələlərin baş verdiyi İslandiyada seysmik aktivlik və vulkanlar arasındakı əlaqəni araşdırıblar.

İslandiyada seysmik aktivlik maqmanın yerin dərinliklərində yenidən yüksəldiyini göstərir və bu da alimləri artıq "Bardarbunqanın püskürüb-püskürməyəcəyi" deyil, nə vaxt püskürəcəyi" ilə bağlı düşünməyə vadar edir.

Mütəxəssislər vulkanların buz və lavanın qarşılıqlı təsiri səbəbindən son dərəcə partlayıcı xarakter daşıya biləcəyini qeyd edirlər.

İslandiya alimləri isə "ölkədəki 34 aktiv vulkan sisteminin təxminən yarısının buzlaqların altında yerləşdiyi və iqlim dəyişikliyi səbəbindən sürətlə əriyən buzlaqların vulkan püskürmələrini daha tez-tez və şiddətli edə biləcəyi" nəzəriyyəsini araşdırırlar.

Seçilən
147
1
publika.az

8Mənbələr