Bakı. Trend:
Bu gün saat 08:40 radələrində Lənkəran–Lerik avtomobil yolunun53-cü kilometrində yol-nəqliyyat hadisəsi baş verib. Lerikrayonunun Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi“Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Trend-inməlumatına görə, qəza nəticəsində sürücünün həmkəndliləri olan 6sərnişindən 2 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlıaraşdırma aparılır.
İlkin ehtimallara görə, yol qəzası sürücünün sükan arxasındayuxulaması səbəbindən baş verib. Hadisə bir daha yorğun və yuxusuzhalda avtomobil idarə etməyin həyat və sağlamlıq üçün ciddi təhlükəyaratdığını göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin vəyükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərəkhərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayramgünlərinin xoş təəssüratlarla yadda qalması üçün veriləntövsiyələrə riayət etməyə çağırıb.